Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:27

Buşəhr AES-ı işə düşdü


İranda ilk atom elektrik stansiyasının açılışı olub.

Buşəhrdə keçirilmiş mərasimdən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri və Rusiyadan olan nümayəndələrin iştirakıyla reaktora nüvə yanacağı vurulmasına başlanıb.

Bu prosesin bir hədtə çəkəcəyi gözlənilir.

Payızda isə stansiya elektrik enerjisi istehsal etməyə başlayacaq.

Rusiyanın iştirakıyla tikilən stansiya 35 ilə başa gəlib.

Stansiyanı nüvə yanacağı ilə Rusiya təmin edəcək və başqa məqsədlər üçün istifadə edilməməsi üçün nüvə tullantısını geri alacaq.

Qərb İranı nüvə silahı istehsal etməyə cəhd göstərməkdə ittiham edir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT İranın nüvə proqramına görə indiyədək ona qarşı 4 dəfə sanksiya tədbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG