Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:06

Amerikanın gizli iqlim silahı var?


Ashley Cleek, rferl.org

Bu yay moskvalılar dəhşətli istilərdən əziyyət çəkiblər. Bir rus alimi isə iddia edib ki, Birləşmiş Ştatlar iqlim dəyişdirən silahlardan istifadə edə bilər. Rusiya və Orta Asiya ölkələrində temperaturu dəyişmək və məhsul yığımını aşağı salmaq məqsədilə.

Strateji Mədəniyyət Fondunun direktor müavini Andrey Areşev məqaləsində yazır: «Hal-hazırda iqlim silahları deyəsən öz hədəflərinə tam çatıblar, quraqlıq törədə, məhsulu məhv edə, bəzi ölkələrdə anomal fenomen yarada bilərlər».

Bu məqaləni Rusiyada əksər nəşrlər dərc edib. O cümlədən Xarici İşlər Nazirliyinin «Beynəlxalq İşlər» jurnalı və dövlətin «RİA Novosti» agentliyi də məqaləni yayıblar.

Ancaq AzadlıqRadiosuna müsahibəsində Areşev iddialarını geri götürənə oxşayıb, deyib ki, sadəcə bir nəzəriyyə irəli sürüb:

BU, SADƏCƏ EHTİMALDIR

«Əvvəla, mənim məqalədə yazdıqlarım, hətta sitatlar son həqiqəti iddia eləmir. Bu, spekulyasiyadır, ehtimaldır».

İyulun 29-da Moskvada ən isti temperatur - 39 dərəcə qeydə alınıb.

İyulun 29-da Moskvada ən isti temperatur - 39 dərəcə qeydə alınıb
Ancaq kəskin istilər təkcə Rusiyanı bürüməyib. Birləşmiş Ştatlarda da rekord göstəricilər qeydə alınıb. İyulun 24-də Vaşinqton D.C.-də 37.7 dərəcə qeydə alınmışdı.

Areşev ABŞ-da da isti olması fikriylə razılaşır, ancaq onu da deyir ki, ABŞ Rusiyadan xeyli cənubda yerləşir, ona görə də belə yüksək temperatur həmin ölkə üçün təəccüblü olmamalıdır.

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası iyulda elan edib ki, torpaq və okean temperaturları bütün dünyada ən yüksək həddə çatıb. Bu qurum 1880-ci ildən qlobal temperaturları izləyir.

SUİ-QƏSD NƏZƏRİYYƏSİ

Areşev məqaləsində ABŞ Müdafiə Nazirliyi və Alaska Universitetinin birgə maliyyələşdirdiyi proqrama dair də şübhələrini bildirir. Yüksək-Tezlikli Aktiv Eşitmə Tədqiqat Proqramı (ingiliscə HAARP adlanır) uzun müddətdir ki, sui-qəsd nəzəriyyəçilərinin hədəfidir. Bu proqramın məqsədi ionosferanı təhlil etmək, radio kommunikasiyaları yaxşılaşdırmaq üçün texnologiyaları inkişaf etdirmək, nəzarət, raketləri aşkarlamaqdır.

Areşev yazır ki, proqramın əsl məqsədi «yerli ölkələrdə ətraf mühit və kənd təsərrüfatı sistemlərini sıradan çıxarmaq üçün» yeni kütləvi qırğın silahları yaratmaqdır.

Areşev həmçinin Pentaqonun 2010-cu ilin aprelində işə saldığı heyətsiz X-37B kosmik gəmisindən danışır.

X-37B Pentaqonun iqlim dəyişdirən arsenalının əsas komponenti ola bilər
Pentaqon deyir ki, X-37B adamları kosmik stansiyalara aparıb-gətirəcək kosmik təyyarənin prototipidir. Areşev isə iddia edir ki, X-37B lazer silahları daşıyır, Pentaqonun iqlim dəyişdirən arsenalının əsas komponenti ola bilər.

Pentaqon bu məsələni şərh etməyib.

RUSİYANIN DA BELƏ SİLAHI VAR?

Areşev həmçinin Vyetnam müharibəsi vaxtı Vyetnam ordusunun təchizat xətlərini bloklaşdırmaq üçün Amerika hökumətinin cəhdlərini misal gətirir.

Ancaq AzadlıqRadiosuna müsahibəsində deyir ki, sui-qəsd nəzəriyyəçisi deyil:

«Mənim məqsədim Birləşmiş Ştatları yaxud başqa bir ölkəni qəsdən Rusiyaya təsir göstərməkdə ittiham etmək olmayıb. Bu, çox gülünc çıxardı».

Bəs Rusiya necə, iqlim dəyişdirən metodlardan istifadə edirmi? Areşev deyib ki, hökumət üzvü olmadığı üçün belə layihələr barədə məlumatı yoxdur.

/Tərcümə etdi: Arifə Kazımova/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG