Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Britaniya Liviyaya xəbərdarlıq edib


Britaniya Liviyaya xəbərdarlıq edib ki, əgər Abdelbasset əl-Megrahinin azadlığa buraxılmasının ildönümü tənətənə ilə qeyd olunsa, iki ölkə arasında münasibətlər gərginləşə bilər.

Abdelbasset əl-Megrahi 1988-ci ildə ildə Şotlandiya şəhəri Lockerbiedə 270 nəfərin ölümü ilə nəticələnmiş təyyarə partlayışının törədilməsində ittiham olunaraq həbsə atılmış yeganə şəxsdir. 2009-cu il avqustun 20-də Şotlandiya məhkəməsi xərçəng xəstəliyindən əziyyət çəkən məhbusu azad ediblər. O zaman guman edilirdi ki, onun cəmi üç ay ömrü qalıb. Amma keçmiş məhbus hələ yaşayır.

Ömürlük azadlıqdan məhrumetmə cəzası almış Abdelbasset əl-Megrahi səkkiz illik məhbəs həyatından sonra Liviya paytaxtında qəhrəmanlar kimi qarşılanmışdı.
Son vaxtlar söz-söhbət yayılıb ki, əslində onun azadlığa buraxılmasına neft nəhəngi BP nail olub. Guya şirkət bunun əvəzində də Liviyada gəlirli enerji layihələri əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG