Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:49

Yeni Ermənistan-Rusiya müqaviləsi təhlilçilərin gözü ilə


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«Ermənistanla Rusiya arasında imzalanan müqavilədə yeni heç nə yoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Rusiyanın nəzarətində olan hərbi bazanın sadəcə vaxtı uzadılıb:

SARKİSYAN REJİMİNƏ SİYASİ DƏSTƏK


«Ermənistan onsuz da daim Qərbə doğru boylanıb. Bütün başqa MDB ölkələri kimi Rusiyadan canını qurtarmağa çalışıb. Rusiya bunu görür. Ermənistanı özünə hərbi əməkdaşlıq vasitəsi ilə daha sıx bağlamaq istəyir. İkincisi, indiyə qədər Rusiya ilə Ermənistan arasında hərbi sahədə hansı əməkdaşlıq olmayıb ki, yeni sazişdə o əməkdaşlıq nəzərdə tutulsun. Silah da verib, sursat da verib, kadrlarını da hazırlayıb. Bütün sahələrdə mənəvi dəstək verib. Bu müqavilə heç bir yeni şey əlavə eləmir. Bu, Sarkisyan rejiminə siyasi dəstəkdir».

Ələkbər Məmmədov
Hərbi ekspert Ələkbər Məmmədov
isə deyir ki, müqavilənin yenidən imzalanması Ermənistanın arxasında daim Rusiyanın dayanacağına bir jest idi. Onun fikrincə, bu, həm də onun göstəricisidir ki, Azərbaycanın Rusiya ilə apardığı siyasət iflasa uğrayıb:

AZƏRBAYCANIN RUSİYA İLƏ APARDIĞI SİYASƏT İFLASA UĞRAYIB


«Azərbaycanın Qarabağ probleminin həllində Rusiyanın mövqeyini dəyişmək üçün apardığı siyasət artıq iflasa uğrayıb. Çünki Rusiya bir daha göstərdi ki, istənilən formada ermənilərə dəstək olacaq. Məqsədi Qarabağı ermənilərə verməkdir».

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc bu müqavilənin bir neçə tərəfli olduğunu bildirib:

RUSİYA TƏRƏFLƏRİ STİMULLAŞDIRIR

«İlk növbədə Rusiya beynəlxalq aləmə belə bir mesaj verir ki, Cənubi Qafqaz regionu iqtisadi, siyasi və hüquqi cəhətdən Avropanın bir hissəsi olmağa çalışsa da, hərbi cəhətdən Rusiyanın təsiri altında qalacaq. Rusiya silah satışından külli miqdarda vəsait əldə edir. Rusiya tərəfləri stimullaşdırır və o cümlədən də Azərbaycana da mesaj verir ki, bizdən silah almaqda davam etməlisiz və yaxud da almalısız.

Çünki yeganə olaraq bu regionun təhlükəsizliyi Ermənistan vasitətəsilə idarə edilməklə təhdid qarşısında qala bilər. Üçüncüsü, bu regionu hədəf kimi seçən dairələr var ki, istəyirlər öz təhlükəsizlik sistemlərini qursunlar.

Zahid Oruc
Rusiya işarə edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsindən kənarda hansısa başqa alternativ sistem qurmaq istəyənlər yanılırlar, səhv edirlər və bu onlar üçün acınacaqlı ola bilər».

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyib ki, hələ 2006-cı ildə Rusiya Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən öz hərbi bazalarının bir hissəsini çıxarıb Ermənistanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasına yerləşdirəndə, bu silah və sursatdan Azərbaycana qarşı istifadə olunmayacağına dair öhdəlik götürüb.
XS
SM
MD
LG