Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:46

«Xural» qəzetinə qarşı məhkəmə davaları


Avqustun 20-də Nərimanov rayon Məhkəməsində Prezident Yanında Kürləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin «Xural» qəzetinə qarşı iddiası ilə bağlı hazırlıq iclası keçirilib.

Şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı iddia qaldıran Vüqar Səfərli qəzetin təkzib verməsini və 10 min manat cərimə olunmasını istəyir.

Azərbaycan mətbuatının 135 illik yubileyi ərəfəsində «Xural» qəzetində «İlham Əliyev «Xural»ın prezidenti deyilmi» başlıqlı yazıda baş redaktor Əvəz Zeynallı Vüqar Səfərlini «mətbuat qəssabı» adlandırıb.

Məhkəmə baxışı sentyabrın 13-nə təyin edilib.

Bundan başqa, «Xural» qəzetini Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev də məhkəməyə verib. O da qəzetin təkzib verməsini və 10 min manat cərimə olunmasını istəyib.

Qəzet Ramiz Mehdiyevlə bağlı yazdıqlarını təkzib edib, amma 10 min manatı ödəyə bilmədikləri üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət verib. Bu proses isə sentyabrın 1-nə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG