Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

Moskvanı qəzəbləndirməmək siyasəti


Türkmənistanın neft və qaz kəmərinin xəritəsi
Türkmənistanın neft və qaz kəmərinin xəritəsi
Türkmənistan neft və qaz ixracı ilə bağlı Rusiyanın inhisarından azad olmaq istəsə də, indiyə qədər alternativ yollarını da açıqlamamışdı. Ancaq ötən həftə vəziyyət dəyişdi. İlk dəfə prezident Qurbanqulu Berdımuhammedov avqusutun 12-də energetika sahəsində dövlət rəsmilərini bir yerə toplayıb ölkənin ixrac resurslarının diversifikasiyası siyasətinin əsaslarını elan etdi.

Türkiyəli enerji analitiki Mehmet Seyfəddin deyir ki, Türkmənistanın strategiyasının əsas ideyası Moskvanı qəzəbləndirmədən ölkənin enerji tərəfdarlarının sayını artırmaqdır:

TÜKMƏNİSTAN RUSİYANIN TƏZYİQİNİ BALANSLAŞDIRMAĞA ÇALIŞIR

«Tükmənistan Rusiyanın təzyiqini balanslaşdırmağa çalışır. Əgər buna nail olmaq istəyirsə, onda Qərb ölkələri ilə əməkdaşlıq etməlidir. Xüsusi ilə ABŞ-la. Lakin anlaşılmazlıqlara yol verməmək üçün Türkmənistan həm də körfəz ölkələri ilə də müəyyən sazişlər imzalamışdı. Körfəz ölkələri də ABŞ şirkətləri ilə sıx əməkdaşlıq edirlər».

Berdımuhammedovun çıxışında ən sensasiyalı məqam o olub ki, o, yeni hasilatın pay bölgüsü sazişi hzırlanarkən orada xarici şirkətin də iştirakına şərait yaradılmasına göstəriş verib.

Bu, ölkənin Qərbindəki «Nebit-Dağ» neft və qaz yatağının işləməsi ilə bağlı yeni sazişdir.

Qurbanqulu Berdımuhammedov
Həmin sazişdə İtaliyanın «Eni» şirkəti yalnız ikinci xarici şirkət olacaq. Birinci xarici şirkət isə Çinin Milli Neft Korporasiyasıdır.

BU MƏSƏLƏLƏRİ SADƏLƏŞDİRMƏK LAZIMDIR

Uzun müddət Türkmənistanın dənizdəki neft yataqlarına xarici şirkətlərin də cəlb olunması o qədər də qeyri-adi hal olmayıb. Lakin həmişə şirkətlərin belə kontraktları udması Türkmənistanda çox çətin bir hadisə sayılıb. İndi isə Berdımuhammedov deyib ki, bu məsələləri sadələşdirmək lazımdır. Prezident bildirib ki, artıq «Shevron TX Oil», «Conoco Philips», eləcə də Birləşmiş Ərəb Əmirliklərinin «Mudabala» şirkətlərindən təkliflər var. Bu təkliflər nəzərdən keçirilir.

Türkmənistan prezidenti ölkənin ən böyük qaz yatağı olan «Cənub Yonotan»ın işləməsi üçün lazım olan 4.12 milyard dollarlıq vəsaitin tapılmasında əsasən Çinə üstünlük verdiklərini bildirib. Artıq Çinin Türkmənistandan ildə 40 milyard kubmetr qaz almaq barədə sazişi var. «Cənub Yonotan» yatağındakı qaz isə 14 trilyon kubmetr qiymətləndirilir. Bu, Avropa Birliyinin 20 illik qaza olan ehtiyacı deməkdir.

RUSİYANIN ADINI ÇƏKMƏYİB

Prezidentin bu strategiya ilə bağlı açıqladığı başqa bir maraqlı məqam çıxışında Rusiyanın adını heç çəkməməsi olub. Qiymət mübahisəsi ilə bağlı 2009-cu ildə Rusiya-Türkmənistan qaz münasibətləri pisləşmişdi. Bu ilin yazında isə Türkmənistan qazını Rusiyaya ixrac edən boru kəmərinin partlamasından sonra münasibətlər daha da pisləşib. Rusiyanın adının çəkilməməsi göstərir ki, münasibətlər hələ də yaxşı deyil.

Nəhayət, sonuncu üçüncü mühüm məsələ ondan ibarətdir ki, Berdımuhammedov bu vaxta qədər son vaxtlar aktual olan «Nabucco» boru kəmərinə heç toxunmamışdı.

Avqustun 12-də ilk dəfə türkmən qazı Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vuruldu
«Nabucco» kəməri hər il Avropa Birliyini 31 milyard kubmetr qazla təmin etməli idi. Ancaq indi mütəxəssislər deyirlər ki, Türkmənistan layihəyə qoşulmasa, onda layihə mənasız olacaq. Bununla belə, Berdımuhammedovun bu çıxışının səhəri günü başqa bir hadisə Türkmənistanın Avropa Birliyini diqqətdən kənarda qoymadığını düşünməyə əsas verir.

Avqustun 12-də ilk dəfə türkmən qazı Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulmuşdu. Həmin neft Türkmənistanın Xəzər dənizinə aid hissəsindən, «Çerekən» yatağından çıxarılıb. Avropa Birliyinə gedib çıxacaq bu neftin ayda 1 milyon barelə çatacağı gözlənilir.

/Tərcümə etdi: Kəbiran Dilavərli/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG