Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:48
hek$ayə - məqalə

Mən gedirəm Ağdama, muleyli,
Mən gəlincən ağlama, muleyli...

Xalq mahnısı


Belə də hekayə olar?!

Oxucu haqlıdır, olmaz! Belə cinayət işi qovluğunun adı ola bilər.

Amma bizim belə bir hüquq və səlahiyyətimiz, hüquq və səlahiyəti olanların da qeyrətə vaxtı, yaxud da nə qeyrəti nə də vaxtı olmadığından və əlimizdə bir qələm, bir kağız, daha doğrusu bir kompüter və bir də yanğısı olan ürəkdən ibarət olanımızı natrümort kimi çərçivəyə qoyub düşünə-düşünə tamaşa edəcəyik.

Nə çıxar-cıxar. Bu halda bir neçə cür versiyalar yaranır.

1.versiya: Torpağın ayaği varmış, özü çıxıb gedib, yəni azıb-təzib, kimsə tutub saxlayır, çox güman ki, ermənilər.

Urusun "Turp" nağılı yadınızdadırmı, illüstrasiyalı, bax onun kimidir, amma tərsinə.

Yəni, torpaq gəlmək istəyir, amma Vartan, Vartanuş, Hayk, Hayqanuş, Siranuş, Ovik, Moqun və lap axırda ayaq üstə güclə duran, ora-bura səndirləyən dəm İvan, bir-birlərindən yapışıb qoymurlar torpaq gələ.

Deyillər, aldığınızı qaytarın verək... Köpəyuşaqlarında sözə bax ha!

Alanları biz indi hardan tapaq, biri ölüb, biri itib, biri qaçıb gizlənib, birinin də əlində hökmü-ixtiyarı, kimə söz demək olar bu zamanda?! Heç gör dəxli var?

Hamma lakin, indi bir umud yeri var, deyim qulaq asın. Hə, indi dana dərisinə xəritə kimi çəkilib gərilmiş torpaq azad olan kimi möcüzə baş verəcək.

Torpaq ətə-qana gələcək, qurd-quş yeməsə özü qayıdıb gələcək, soraqlayan olsa hardansa tapılacaq! Absurddumu? Əlbəttə yox, çünki elə özümüz deyirik ki "torpaq getdi!", ayağı olmasa torpaq necə gedə bilərdi?

Buynuzu yoxsa, onu neçə dartıb apara bilərdilər?!

Desəydik ki, torpağımızdan çıxdıq gəldik, çünki silahı olan ordu nizamlı şəkildə əmrə qulaq asdı, nizamsız və silahsız xalq da başını götürüb qaçdı, qalanımız da yüyürüşdük sel kim, uçduq yel kimi, indi də durmuşuq lal kimi, sükutumuz bal kimi, ağaların ağzına göz tikirik hambal kimi.

Az qala şeir olmuşdu. Dərdimiz zor, göz yaşımızın şor, hər sözümüzün də zor etdiyi vətən torpağı belə getsə, əllbəttə bir gün tamamilə şorlaşıb sor su basan Abşoran olacaq.

2. versiya. Bu torpağa yol göstərən, yola salan olub, dalıncan bir dolça da olsa su atan olmayıb, qara daş atan olub, yoxsa Əlinin əlindən Vəlinin əlinə keçərdi, Vartanın yox.

3. versiya. Alverçi dünyada elə belə heç nə boş yerə verilmir, nə isə verəndə nə isə alırlar, hətta dədəsinə xeyrat verənlər də bunu özünə hörmət üçün edir, bəlkə sağlığında dədəsinin pensiyasını da heç özünə qıymırmış.

4. versiya. Deməli, bu torpağın getməsilə nə isə qazananlar olub, əks halda "qaçqınlardan", onların havadarlarından bu qədər milyonerlər, biznesmenlər olmazdı. Hər gedən qalanın yerinə neçə saraylar, ticarət mərkəzləri ucalıb, hər kəndin əvəzinə azı bir restoran tikilib, yəni əslində heç nə unudulmayıb.

5. Versiya. Kim hardasa, ordan yeyib. Tamah köpəyoğlu şeydir! Yəni türkün məsələsi, hərə özününkünü yeyib.

Ət kombinatçıları əti, un kombinatçıları unu, yağ kombinatçıları yağı, şərabçılar şərabı, məktəbdəkilər dəftər-kitabı, aptekçilər dərmanı, mağazaçılar malları, nalbəndlər nalları, sberbankçı pulları, toyuqçular falları, siçanlar taxılları, ələkçilər qılları satıb, yeyib, dağıdıb yıxıb yazıq torpağın üstünə.

İndi o Torpaq getməliydi ki, hər şeiyin də izi-tozu toz-torpağın içində itib-batsın, elə deyilmi?!

İndi iş budur ki, Torpaq iki ayağını bir başmağa dirəyib bu qədər vaciblərin xahiş-məsləhətlərinə qulaq asıb heç yana getmək istəmirdi!

Yetimin əlindən, qocanın əyilmiş belindən, ağbirçəklərin dərdli dilindən, gənc əsgərin qısaca telindən, hətta bayrağımızın milindən, və bəzi qeyrətli komandirlərin qolundan yapışıb qoppurdu, getmirdi.

O zaman nələr oldu ağam Qazan?!

Yarımasın-yarçımasın, Şöklü Məlik fənd elədi, haça ilan dillərini qənd elədi, axca verdi bənd elədi, türkün tamahını özünə kəmənd elədi.

Fermaçıdan cəmdək ilə yun gəldi, dəyirmandan yarma ilə un gəldi, kombinatdan pendir ilə yağ gəldi, qaçqınkomdan yorğan ilə ağ gəldi, bazardan da əli dolu zavmağ gəldi, Ağam Qazan!

Nə qurğular qurdular, komandiri yordular, mərd olanı kürəyindən vurdular, qorxaqların ürəyini qırdılar, acgözlərin qulluğunda durdular. Al dedilər, bu pulu, bu malı, bu cahı bu cəlalı, başını bu yana çək, qoşunu o yana çək, xalqa silah vermə, döyüşə girmə, gördüyünü görmə, get yıxıl yat, hərdənbir bir qrad at, nə istəsən götür sat, bu mal, bu mülk, bu da sursat! Çəkil get Abşerona, saray qur, ol farağat!

Ta Məşhər gününə qədər, ye yat!

İndi illər keçdi… heyhat! Dayçalar oldu qoca at, onları da gözləyir myaskombinat!

Məqaləmizin birinci hekayə hissəsi burda bitdi.

Davamı var,

yazılacaq! Mütləq yazılacaq, qanımızla, canımızla yazılacaq!

Mən gedirəm Ağdama, Muleyli,
Mən gəlməsəm ağlama, Muleyli!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG