Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Rusiya Ermənistanın hərbi təhlükəsizliyini təmin edəcək


Ermənistan və Rusiya arasında imzalanan yeni sənəd Rusiyanın coğrafi və strateji məsuliyyət dairəsini genişləndirir. Avqustun 20-də Yerevanda keçirilən mətbuat konfransı zamanı Ermənistan prezidenti Serj Sarkisyan belə deyib:

«Rusiya tərəfi Ermənistan Respublikasının hərbi təhlükəsizliyini təmin etmək və silahlı qüvvələrini müasir silahlarla təmin etmək öhdəliyi götürüb».

Avqustun 19-dan Ermənistanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev isə öz növbəsində jurnalsitlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablanırıb:

«Regionun ən böyuk, iqtisadi və hərbi imkanlar baxımından ən güclü ölkəsi olaraq Rusiya Federasiyasının vəzifəsi sülh və qayda-qanunu təmin etməkdir».

Avqustun 20-də Ermənistanla Rusiya arasında yeni hərbi sənəd imzalanıb, Rusiyanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddəti 2044-cü ilədək artırılıb.
XS
SM
MD
LG