Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:15
Eynulla Fətullayevin apelyasiya şikayətinə baxılacağı tarix məlum olub. Bakı Apelyasiya Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumata görə, jurnalistin şikayəti ilə bağlı məhkəmə prosesi avqustun 26-da keçiriləcək.

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin apelyasiya şikayətində ona bəraət verilməsi və dəymiş ziyana görə kompensasiya ödənilməsi tələb olunur.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG