Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

Eynulla Fətullayevin apelyasiya şikayətinə baxılacağı tarix məlum oldu


«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı avqustun 26-da Bakı Apelyasiya Məhkəməsində hazırlıq iclası keçiriləcək. Bu barədə AzadlıqRadiosuna Bakı Apelyasiya Məhkəməsindən məlumat verib.

Jurnalistin Qaradağ rayon məhkəməsinin çıxardığı hökmündən apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatındadır.

Apelyasiya şikayətində Eynulla Fətullayevə bəraət verilməsi və ona dəymiş ziyana görə kompensasiya ödənilməsi tələb olunur.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG