Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:43

Britaniyalı deputat nazirliyin «qara siyahı»sına düşə bilər


Britaniyalı deputat Steven Pound Azərbaycanın Xarici İşlər nazirliyinin «qara siyahı»sına düşə bilər. Buna səbəb Steven Poundun qanunsuz olaraq işğal altında olan Dağlıq Qarabağa səfər etməsidir.

Azərbaycan Xarici İşlər Naziriliyinin sözçüsü Elxan Poluxov AzadliqRadiosuna deyib ki, Ermənistan mətbuatının britaniyalı deputatın səfəri ilə bağlı yaydığı məlumatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi araşdırır.

XİN rəsmisinə görə, əgər Britaniyalı deputatın Dağlıq Qarabağa səfəri barədə məlumatlar öz təsdiqini taparsa onda nazirlik Steven Poundu Azərbaycanda arzuolunmaz şəxs elan edəcək.

Ermənistan mətbuatının yazdığına görə, Steven Pound səfər çərçivəsində tanınmamış Dağlıq Qarabağın Milli Assambleyasının rəhbəri Aşot Gülyanla görüşüb.
XS
SM
MD
LG