Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:31

Müəllimlərin işə qəbulu üçün müsabiqə elan olunub


Təhsil naziri Misir Mərdanovun bildirdiyinə görə, nazirlik imtahanı elə qurub ki, qəbul zamanı insan amili rol oynamayacaq: «Yalnız elektron vasitəsilə həm sənəd qəbulu, həm test imtahanları keçiriləcək».

Orta məktəblərin təqdim etdikləri vakant yerlərə, əsasən, Bakının təhsil müəssisələrində ən çox idman, ibtidai hərbi hazırlıq, informatika müəllimlərinə ehtiyac var.

Ötən il Təhsil Nazirliyi ümumtəhsil məktəblərində 365 vakant yerin tutulması üzrə müsabiqə keçirib. Mindən çox müraciət olsa da, yalnız 284 nəfər müəllim vəzifəsinə qəbul edilib, 81 yer isə vakant qalıb./Trend/
XS
SM
MD
LG