Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:07

Azərbaycanlı cazmen ABŞ və Avropada konsertlər verəcək


Azərbaycanın gənc cazmeni, 2009-cu il Montre Caz Festivalının qalibi İsfar Sarabski növbəti səfərə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, musiqiçi ABŞ və Avropa ölkələrində silsilə konsertlər verəcək.

İfaçı konsertdə Montre Caz festivalında ifa etdiyi kompozisiyalarla yanaşı, öz bəstələrini, habelə Vaqif Mustafazadə, Rafiq Babayev və digər tanınmış cazmenlərin əsərlərini ifa edəcək.

İsfar Sarabski konsert proqramına “Novruz”, “Vaqif Mustafazadənin xatirəsinə”, “Agent”, “Last Chance” və s. kompozisiyalarını daxil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG