Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:15

«Orqan mafiyasının Azərbaycanla bağlılığı yoxdur»


Transmilli orqan mafiyasının Azərbaycanla bağlılığı barədə KİV-lərdə yer alan informasiyaların heç bir hüquqi əsası yoxdur.

Bu məlumatı avqustun 19-da Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Azərbaycanda insan orqan və ya toxunmalarının transplantasiyasına imkan verən və bununla bağlı münasibətləri tənzimləyən 28 oktyabr 1999-cu il tarixli qanun mövcud olduğu halda, bu əməliyyatların guya qanunsuz həyata keçirilməsi ilə bağlı mətbuata dərc olunmuş informasiyalar heç bir məntiqə sığmır.

Məlumatda Azərbaycanda insan orqan və toxumalarının transplantasiyasının mövcud olmaması ilə bağlı avqustun 14-də ictimaiyyətə Baş Prokurorluğun mövqeyini əks etdirən informasiya verildiyi bildirilir.

Amma bununla yanaşı bildirilir ki, insan orqanlarının qanunsuz köçürülməsi kimi halların aşkar edilməsi istiqamətində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin gündəlik nəzarəti altında qarşılıqlı əlaqəli şəkildə intensiv əməliyyat tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG