Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Yeni Moskva-Bakı reysi açılıb


Bu gündən Rusiyanın «VİM-Avia» şirkəti Moskva-Bakı marşrutu üzrə birbaşa reyslərə başlayıb.

APA-nın məlumatına görə, uçuşlar həftənin II və IV günləri Moskvanın «Domodedovo» hava limanından «Boeing 757-200» təyyarələri ilə həyata yetiriləcək.

Qeyd edək ki, «VİM-Avia» şirkəti hazırda Moskva-Gəncə və Moskva-Lənkəran marşurutları üzrə də birbaşa uçuşlar həyata keçirir.

İndiyədək Bakı-Moskva marşrutu üzrə uçuşları «Azərbaycan Hava Yolları», Rusiyanın «Aeroflot», «Utair», “Sibir” və «Ural Hava Yolları» həyata keçirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG