Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 15:28

Yol polisinin radar tələsi?


Avqustun 19-da Ucar-Bakı yolu ilə paytaxta qayıdan oxucularımızdan biri şossenin altından keçən tunelin üstündə daşa bərkidilən radarı və onu idarə edən bir nəfərin fotolarını internetdə yerləşdirib.

Həmin şəxs AzadlıqRadiosunun elektron poçtuna göndərdiyi məktubda yazır: «Birdən sürücü yolun qırağında daşa birləşdirilmiş radar qurğusunu göstərdi. Mənim üçün maraqlı olduğundan fotokameranı götürüb şəkilini çəkdim. İkinci bir rakursdan çəkdikdə isə bir anlıq şoka düşdüm. Kanalın altında gizlənmiş bir şəxs əlindəki cihazla hansısa məlumatı ötürdü.

Şəxsin polis və ya qeyri-polis olduğu bilinmirdi, çünki əynində alt paltarından başqa bir şey yox idi. Sürücünün dediyinə görə, həmin şəxs radara düşmüş hər bir nəqliyyat vasitəsi üçün 1 manat pul qazanır...».

YOL POLİSİ SUSUR


AzadlıqRadiosu dərhal bu fotonu Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi elektron poçtuna göndərib və idarədən bu məsələyə münasibət bildirmələrini xahiş edib. Amma heç bir cavab almayıb.

İdarənin mətbuat xidməti ilə telefon əlaqəsi saxlasaq da, məsələyə münasibət bildirən tapılmadı.

Hüquqşünas Ərşad Hüseynov yollarda radarla gizli müşahidə aparılmasını qanuni hal sayır. Amma deyir ki, həmin radarı işlədən şəxs hökmən polis əməkdaşı olmalıdır. Bir də əsas məsələ onun mərkəzə göndərdiyi informasiyaların nə qədər doğru-dürüst olmasıdır.

Hüquqşünasa görə, xidməti göstərən şəxsin iş başında uniformada olması da məcburi deyil. Hüquqşünas Ələsgər Məmmədli də yollarda radarların istənilən yerdə quraşdırılmasının qanun pozuntusu olmadığını deyir, amma bildirir ki, həmin əraziyə bir neçə kilometr qalmış radar quraşdırılması barədə yol işarəsi olmalıdır. Qaldı ki, radarı idarə edənin hansı formada olmasına, Ələsgər Məmmədli deyir ki, həmin şəxs nazirliyin uniformasında olmalıdır.

Gizli radar
Kanalın altında gizlənən bu şəxs əldə etdiyi məlumatları başqa şəxslərə ötürür. Qarşısında notbuk və digər elektron avadanlıqlar var.

FACEBOOK-DA YAZILANLARDAN

Bu fotolara facebook sosial şəbəkəsində gələn şərhlərdən:

Razi Nurullayev Radar əməliyyatı - bu da Azerbaycanın analoqu olmayan yol polisinin radar tələsi. Bu şəkillərdən sonra gərək Dövlet Yol Polisi İdaresi kollektiv şekilde istefaya gede. Ya da prezident Ukrayna ve Gürcüstandakı kimi ferman imzalayıb bu qurumu leğv ede. Qanunsuzluqla bağlı fakt isteyir iqtidar? Bu da fakt. İndi qoy tedbirlerin görsünler ve xalqa da melumat çatdırsınlar.

Piri Huseynli Vetendaslar az qalib radar gedecek onun yerine ondanda pisi gelecek helelik buna sukur edin Bakida artiq gozleme kameralari qurasdirilir her yerde olacaq QAİSNİK devri artiq bitir

Ayka Adna duzdu biabirciliqdi. Bizim polisler ya dongelerde, ya da meselikde gizlenir, radarlari da ya bele yerlerde, ya da zapinin baqajinda gizledirler.

Bir müddət əvvəl internetdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən videogörüntü yayılmışdı. Həmin videoda yol polisi sürücünün üstünə qışqıraraq qaydanı pozduğunu və onun poqonlarını cırdığını deyir. Bu videonu da AzadlıqRadiosu Dövlət Yol Polisinin mətbuat xidmətinin rəisi Kamran Əliyevə göndərmişdi, amma o həmin vedeonun saxta olduğunu və hətta kimlərinsə polis paltarı geyərək belə bir səhnə quraşdırdığını demişdi.

Amma AzadlıqRadiosunun internet səhifəsində həmin video yerləşdiriləndən sonra həmin videonu yerləşdirən şəxs radioya müraciət edərək videogörüntünün müəllifi olduğunu və baş verənlərin real bir hadisə olduğunu bildirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG