Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43
Gənc yazar Kəramət Böyükçölün “Çöl” romanı “Qanun” nəşriyyatında çapa hazırlanır.

Bu barədə məlumat verən müəllif bildirib ki, roman tərəkəmə həyatından bəhs edir.

“Unudulmaqda olan bəzi qədim türk sözlərinin yeni təfəkkür məxrəci ilə üzə çıxması və onun yenidən dirilməsi anı əsərin əsas ideyasıdır.

Romanımda min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir.

İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornamentləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır.

Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır.

Doğurdan da adam inanır ki, at çöllərin “A” hərifidir. Və doğurdan da at çölləri oxuya bilir.

Çöllərin genişliyi insan təfəkkürünün böyüklüyüdür.

Bu insan sevgidən də keçir, müharibədən də. Bu insan Şərq və Qərb sivilzasiyalarının qarşıdurmasından və həm də birgə sintezindən doğulur, yaranır, mənsub olduğu dünyanı orjinal şəkillərlə ifadə edir.

Əsərdə həyatın və cəmiyyətin müxtəlif hadisələrinin yaradıcısı və daşıyıcısı və həm də bəzən qurbanı olan böyük insan qalib gəlir. İçindəki haqq, məhəbbət onu həmişə xilas edir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG