Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

«Soyuducunu açanda...»


Rövşən Ağayev
Rövşən Ağayev
«Bu hesabat təəccüblü deyil». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı ekspert Rövşən Ağayev «Newsweek» jurnalının son hesabatını şərh edərkən deyib.

69-YERLƏ RAZILAŞMAQ DA OLAR, RAZILAŞMAMAQ DA

Onun sözlərinə görə, Azərbaycanın bu hesabatda 69-cu yer tutması ilə bəzi məqamlarda razılaşmaq olar, bəzi məqamlarda isə yox.

«Təhsil və səhiyyə ilə göstərilən yerlər kifayət qədər obyektiv situasiyanı ehtiva edir. Amma iqtisadi inkişaf tempi əhalinin dolanışığı ilə bağlı göstəricilərə gələndə, daha çox Azərbaycanda iqtisadi inkişaf deyəndə ümumdaxili məhsulun artımını götürürlər. Əhalinin dolanışığı da daha çox bu göstəriciyə bağlıdır. Yəni ümumdaxili məhsulun həcminin əhəmiyyətli dərəcədə artımı, eyni zamanda neft sektorundan əldə olunan böyük gəlirlər hesab olunur ki, əhali neft gəlirlərinin hesabına müəyyən gəlir əldə edə bilir. Buna görə iqtisadi inkişafla bağlı olan məlumat mənim üçün təzadlı, təəccüblü görünmədi».

BU RƏQƏMLƏR MİFDİR



Həmin hesabatda Azərbaycan təhsilin səviyyəsinə görə 83-cü, səhiyyənin durumuna görə 80, həyat şəraitinə görə 49-cu, iqtisadi inkişafa görə 31, siyasi ab-havaya görə 86-cı yerdə durub. Ümumi olaraq «Dünyanın ən yaxşı ölkələri» siyahısında 69-cu yerdə qərarlaşıb.

«Azadlıq» qəzetinin müxbiri Natiq Güləhmədoğlu isə deyib ki, bu rəqəmlər mifdir. Onun sözlərinə görə, belə hesabatlar düzgün olmayan təbliğatın nəticəsidir.

«Bu rəqəmlərlə əhali aldadılır. Kimsə bu rəqəmlərə baxıb heyran ola bilər. Amma sonra gedib soyuducusunu açanda, məişətinə dönəndə, reallıqla üzbəüz qalanda aydın olur ki, bu iqtisadi inkişaf haqqında deyilənlər hamısı mifdir, görüntüdür. Və bizim həyatımızda o, öz əksini tapa bilmir. Bunlar təbliğat xarakteri daşıyır. İstər prezidentin çıxışında, istər nazirlərin çıxışında. Azərbaycanın iqtisadi inkişaf tempini bunlar sözdə çox yüksək qaldırıblar. Amma biz onları real həyatımızda görə bilmirik. Buna görə bu sözlər mənim üçün çox uğursuz zarafatdır».
XS
SM
MD
LG