Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:03

BMT-də Pakistana yardım məsələsi müzakirə ediləcək


BMT-yə üzv dövlətlər Pakistana daşqınlarla əlaqədar maliyyə yardımının artırılmasını müzakirə etmək üçün toplaşır. ABŞ Dövlət katibi Hillari Klinton, pakistanlı həmkarı Şah Mahmud Qureyşi və onların Belçika, Kanada və Danimarkadan olan həmkarları da daxil olmaqla 36 rəsmi avqustun 19-da BMT Baş Assambleyasının sessiyasında bir araya gələcək.

BMT Baş katibi Ban Ki Munun Pakistan səfəri barədə məlumat verəcəyi və 20 milyon daşqın qurbanının böyük həcmdə humanitar yardıma ehtiyacı barədə danışacağı gözlənilir.

Ötən həftə BMT dünya ictimaiyyətinə müraciət edərək, Pakistana təcili olaraq 460 milyon dollar yardım ayrılmasını istəyib. Hələ ki, bu məbləğin yarısı toplanıb.

Üç həftə əvvəl baş verən daşqınlarda azı 1400 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG