Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Fransa «qaraçıların» deportasiyasına başlayır


Fransa hökuməti avqustun 19-da qaraçılar kimi tanınan romaları deportasiya etməyə başlayır.

Fransada qanunsuz olaraq yaşayan 700-ə yaxın qaraçı Rumıniya və Bolqarıstana göndəriləcək.

Könüllü surətdə Fransanı tərk etməyə razı olan 79 qaraçıya 400 dollara yaxın pul veriləcək. Deportasiya işlərinin bu ayın sonuna qədər başa çatacağı gözlənilir.

Rəsmi Parisin bu addımı insan haqları qruplarının kəskin tənqidi ilə qarşılanıb. Rumıniya da bildirib ki, belə hərəkət əcnəbilərə qarşı ədavət hissinin artmasına səbəb olacaq.

Bu arada Fransa hökuməti növbəti 3 ay ərzində 300-ə yaxın qanunsuz qaraçı məntəqəsini də ləğv etmək niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG