Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:58

ABŞ-ın sonuncu hərbi briqadası İraqı tərk edib


ABŞ-ın sonuncu hərbi briqadası avqustun 19-da İraqı tərk edib. 7 il yarımdan sonra hərbçilərin Küveyt sərhəddini keçdiyi bildirilir.

Pentaqon «İraqın Azadlığı Əməliyyatının» rəsmən başa çatdığını açıqlayıb.

Avqustun sonuna kimi Birləşmiş Ştatlar İraqda hərbi tapşırıqları başa çatdırmağı planlaşdırır.

Gələn ilin sonuna kimi İraqda təxminən 56 min Amerika əsgəri qalacaq.

Dövlət Departamentinin nümayəndəsi Filip Krouli bildirib ki, Amerikanın İraqda hərbi iştirakı başa çatmaq üzrədir, növbəti il ərzində ABŞ hərbçiləri İraq qüvvələrinə məsləhət verəcək və ABŞ maraqlarını qoruyacaqlar.
XS
SM
MD
LG