Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:07

Etiraz edənləri İrana buraxmayıblar


Avqustun 17-də Astara sərhəd məntəqəsində İrana keçmək istəyən Azərbaycan vətəndaşları buraxılmayıblar. Buna bir gün əvvəl adamların İrandan gətirdikləri xurmanın gömrük işçiləri tərəfindən əllərindən alınmasına etirazı səbəb olub.

Azərbaycan vətəndaşları iki ölkəni ayıran Astara körpüsündə etiraz aksiyası keçiriblər və sonra yenidən İrana qayıdıblar.

Buna cavab olaraq növbəti gün Azərbaycan vətəndaşları İrana buraxılmayıblar. Astara sərhəd məntəqəsində yenidən növbə yaranıb.

Astara şəhər sakini Fəridə İbayeva:

- İrana getmişdim. Qayıdanda qohumlarım mənim üçün bazarlıq etdilər, xurma da aldılar. Astara gömrükxanasında bizimkilər xurmanı əlimdən aldılar və dedilər ki, olmaz. Üstümə qışqırıb dedilər ki, hara şikayət edirsən get elə.

Son günlər xurmanın qiyməti 3-4 dəfə bahalaşıb. İş adamları yaranmış vəziyyəti inhisarçılıqla əlaqələndirirlər.

Məsələyə Astara gömrükxansının münasibətini öyrənmək cəhdləri nəticə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG