Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Moskva Kabil və İslamabada yardım vəd edib


Soçidə Rusiya, Pakistan, Əfqanıstan və Tacikistan prezidentlərinin iştirakıyla regional sammit keçirilir.

Görüşdə Əfqanıstanda təhlükəsizlik və narkotik qaçaqçılığı ilə mübarizə məsələləri və daşqına görə Pakistanda yaranmış vəziyyət müzakirə olunacaq.

Rusiya prezidenti Dimitri Medvedev 4 tərəfli görüşdən əvvəl Əfqanıstan prezidenti Həmid Kərzaiylə görüşüb, Moskvanın ekstremizm və terrorçuluqla mübarizədə Kabilə yardımı davam etdirəıcəyini bildirib.

O, bu sahədə göstərdikləri səylərə görə həmkarlarına təşəkkürünü bildirib.

Dimitri Medvedev Pakistan prezidenti Asif Əli Zərdariylə görüşdə daşqında çoxsaylı itkilərə görə başsağlığı verib və ölkəsinin yardıma hazır olduğunu bildirib.

Sammitin sonunda Pakistandakı vəziyyətlə bağlı birgə bəyanat veriləcəyi gözlənilir.
XS
SM
MD
LG