Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Rusiya ilə Gürcüstan arasında birbaşa reyslər bərpa olunur


Rusiyanın S7 (“Sibir”) hava şirkəti Gürcüstana müntəzəm reyslər həyata keçirmək üçün hökumətdən icazə alıb.

“RİA Novosti” nin məlumatına görə, reyslərə avqustun 23-dən start veriləcək.

Moskvanın “Domodedovo” hava limanından Tbilisiyə uçuşlar həftənin bazar ertəsi, cümə axşamı və şənbə günləri olacaq.

İndiyədək Gürcüstana çarter reysləri həyata keçirən S7 (“Sibir”) hava şirkəti Kutaisi və Batumi şəhərlərinə də reyslər açmaq fikrindədir.

Gürcüstandan Rusiyaya çarter reyslərini isə “Georgian Airways” həyata keçirir.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa reyslər 2006-cı ildən kəsilib.

2008-ci ildə uçuşlar bərpa olunsa da avqust müharibəsinə görə, uzun sürməyib.
XS
SM
MD
LG