Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:49

4 ölkə prezidenti Soçidə görüşür


Avqustun 18-də dörd ölkənin prezidenti Rusiyanın Soçi şəhərində görüşür.

Pakistan, Əfqanıstan, Tacikistan və Rusiya prezidentləri regional sammit çərçivəsində Əfqanıstandakı təhlükəsizlik məsələsini müzakirə edəcəklər. Narkotik ticarəti ilə mübarizə, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi də diqqətdə olacaq.

Rusiya 1989-cu il müharibəsindən sonra bu regionda təsir dairəsini yenidən bərpa etmək istəyir.
Bununla belə bildirib ki, Əfqanıstana hərbçi göndərməyəcək. Moskva Sovet dövründə 10 il davam edən müharibə zamanı 15 min hərbçisini itirib.

Kreml əvəzində Kabilə nəqliyyat vertolyotlarının təchizatını təklif edir.

Bu arada dörd prezidentin bu günkü görüşündə Pakistandakı vəziyyətlə bağlı birgə bəyanatın veriləcəyi də gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG