Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:20

Türkiyədən siyasi sığınacaq tələb edən fələstinli həbs edilib


Türkiyənin Tel-Əvivdəki səfirliyində konsulu girov götürməyə çalışan şəxs həbs olunub.

İsrailin Xarici İşlər nazirliyinin sözçüsü bildirib ki, ələ keçirilən şəxs Nadim İncaz – İordanın qərb sahilində Ramallah şəhərindəndir.

Bıçaq, oyuncaq silah və benzin kanistri ilə silahlanan fələstinli səfirliyin birinci mərtəbəsinin şüşəsini qıraraq binaya daxil olub, konsulu girov götürməyə çalışıb. Təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirilib.

O, bu yolla Türkiyədən siyasi sığınacaq tələb etmək istəyirdi.

İsrail polisi Nadim İncazın bu yaxınlarda həbsdən azad edildiyini bildirib.
İncaz 2006-cı ildə eyni sığınacaq tələbi ilə Britaniya səfirliyinə hücuma görə, həbs olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG