Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:28

İranla sərhəddə narahatlıq var


Azərbaycanın İranla sərhədində narkotik vasitələrin silahlı şəxslər vasitəsilə keçirilmə cəhdləri davam edir. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, sərhəddə bu məsələ ilə bağlı narahatlıq var və əməliyyat şəraiti gərgin olaraq qalır.

E. Quliyev qeyd edib ki, bir neçə gün öncə İranla sərhəddə belə bir hal baş verib və sərhədçilərin gördüyü tədbirlər nəticəsində, Azərbaycana qaçaqmal yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Əməliyyat nəticəsində külli miqdarda siqaret və narkotik vasitə aşkarlanıb, silahlı sərhəd pozucularından biri zərərsizləşdirilib./Trend/
XS
SM
MD
LG