Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:35

Qırğızıstanda 14 nəfər ölübg, 1540 nəfər də yaralı var


İyunun 10-u gecə Qırğızıstanın Oş vilayətində qarşıdurma zamanı 14 nəfər ölüb, 150-dən artıq yaralı var. Səhiyyə nazirliyinin məlumatına görə, xəsarət alanların çoxunda güllə yarası var.

Qırğızıstanın müvəqqəti hökuməti bildirib ki, baş verənlər millətlər arası münaqişə zəminində olub.

Xeyli sayda özbəkin yaşadığı Oş şəhərində bundan əvvəl fövqəladə vəziyyət elan olunub. Fövqəladə vəziyyət 20 iyunadək qüvvədə olacaq.

Dünən Oş, Qarassu, Arava və Uzgen rayonlarında gənclər arasında baş verən dava sonradan qarşıdurmaya çevrilib.

Şəhərə daxili qoşunlar yeridilib. Hüquq mühafizə orqanları güclənmiş iş rejimində işləyir.
XS
SM
MD
LG