Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Xodorkovskinin həbs müddəti uzadıldı


Rusiyada məhkəmə keçmiş Yukos neft şirkətinin başçısı Mixail Xadarkovski və onun tərəfdaşı Platon Lebedevin həbs müddətinin avqustun 17-dən bu ilin noyabrına qədər uzadıb. Onların hər ikisi mənimsə və vergi cinayətlərində ittiham edilərək 2005-ci ildə yeddi il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu ittihamların Xadarkovskiyə qarşı onun bəzi müxalifət partiyalarına maliyyə dəstəyi verməsinə görə ortaya atılması barədə şübhələr var.

Onlar həbsdə ola-ola barələrində milyonlarla ton neftin mənimsənməsi üzrə yeni cinayət işi açılıb. Avqustun 16-da verilmiş məhkəmə qərarı da məhz həmin sonra iş üzrə həbs müddətinin uzadılması haqqındadır.

Xadarkovskinin vəkili məhkəmənin bugünkü qərarını qanunsuzluq adlandırıb.
XS
SM
MD
LG