Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

Yaponiyada iqtisadi inkişaf getdikcə zəifləyir


Avqustun 16-da elan edilmiş rəsmi rəqəmlərə görə Yaponiyada iqtisadi inkişaf ilin ikinci rübündə əhəmiyyətli dərəcədə zəifləyib. Rəsmi məlumata görə aprel-iyun aylarında bu ölkədə iqtisadi inkişaf gözlənəndən çox aşağı - cəmi 0.4 faiz olub.

Həmin aylarda Yaponiyanın əsas rəqiblərindən olan ABŞ iqtisadiyyatının 2.4 faiz, Almaniya isə 2.2 faiz artığını bildirib.

Təhlilçilər hesab edirlər ki, bu gedişlə tezliklə Yaponiya iqtisadi inkişaf göstəricilərinə görə ABŞ-dan sonrakı ikinci yerini Çinə verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG