Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16

Əfqanıstanda iki sevgilini daşqalaq edib öldürüblər


Əfqanıstanda Taliban 23 yaşında bir qadın və onun sevgilisi olduğu iddia edilən 28 yaşında kişini daşqalaq edərək öldürüb. Bazar günü axşam qətli yüzə yaxın Taliban yaraqlısı həyata keçirib.

Taliban kişinin başqa bir qadınla evli olduğunu, qızın isə başqa adama nişanlı olduğunu bildirib.

Hadisə Kündüz əyalətinin Talibanın nəzarətində olan Molla Qulu kəndində baş verib.

Taliban keçən həftə də hamilə olan bir dul qadını öldürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG