Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Türkiyə prezidenti Azərbaycana gəlib


Abdulla Gül Bakıya yola düşməzdən qabaq verdiyi açıqlamada Türkiyənin Cənubi Qafqazda sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini bildirib.

Abdulla Gülün səfəri Azərbaycanın dövlət başçısı İlham Əliyevin dəvəti əsasında həyata keçirilir.

Türkiyə prezidentini səfərdə enerji və təbii sərvətlər naziri Taner Yıldız, başqa rəsmi şəxslər, elm adamları və media mənsublarından ibarət heyət müşayiət edir.

Proqram çərçivəsində Abdulla Gül İlham Əliyevlə təkbətək görüşəcək, daha sonra heyətlərarası görüş olacaq və bəzi müqavilələr imzalanacaq.

Abdulla Gül Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə də görüşəcək.

Avqustun 17-də isə o Şəki və Zaqatala rayonlarında olacaq. Sabah Abdulla Gül Zaqatala Beynəlxalq aeroportundan Türkiyəyə yola düşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG