Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

Litvanın hakim partiyası Bakıdadır


Litvanın hakim Milli Dirçəliş Partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Nümayəndə heyətinə partiyanın sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskas rəhbərlik edir.

Litvalı qonaqlar səfər çərçivəsində Milli Məclisin sədri, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu, eləcə də iqtisadi siyasət komitələrinin üzvləri ilə görüşəcəklər.

Səfər avqustun 19-da başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG