Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

Rusiyada taxıl qadağası qüvvəyə mindi


Avqustun 15-dən Rusiyadan taxıl ixracına qadağa qüvvəyə minib. Rusiya hökumətinin qərarına görə qadağa ilin sonuna qədər davam edəcək.
Baş nazir Vladimir Putin hökumətin bu qərarını ölkə daxilində qiymətlərin bahalaşmasının qarşısını almaq üçün atıldığını bildirib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi isə Rusiyanın taxıl qadağasından narahatçılıq keçirmir. Nazirliyin şöbə müdiri Sabir Vəliyev AzadlıqRadiosuna bildirib ki, ölkənin taxıl ehtiyatı var:

«520 min ton idxal olunub, 2 milyon ton da istehsal eləyəcəyik, ondan 1 milyon 300 mini ərzaq buğdasıdır. Bəzi firmalar Qazaxıstana vəsait köçürüblər və ordan da hər ay 87 min ton gəlməsi nəzərdə tutulub. İlin axırına kimi ehtiyatımız da 900 min tona çatacaq. Biz əsasən Qazaxıstandan taxılı alırıq. Taxıl idxalının 13 faizi Rusiyadandır».

Payız əkinində də 900 min ton taxıl əkiləcəyini deyən Sabir Vəliyevin sözlərinə görə, ölkədə unun və çörəyin bahalaşmasına səbəb yaranmayacaq. O, nazirliyin ölkəyə gətirilən taxıl məhsullarının əlavə dəyər vergisindən azad edilməsi üçün hökumətə müraciət olunduğunu da deyib.

İki il əvvəl də bəzi ölkələrin taxıl ixracatını qadağan etməsindən sonra Azərbaycan hökuməti taxıl idxalına Əlavə Dəyər Vergisini ləğv etmişdi. Sonradan isə bu vergi yenidən tətbiq edildi.
XS
SM
MD
LG