Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55
Yəqin ki, ayrı-ayrı sahələrdə uğur qazanaraq milyarder olmuş bir çox iş adamının indiki səviyyəyə haradan, hansı işlərlə başlaması maraqlıdır. «Forbes» jurnalı da bunu araşdırıb.

Məsələn, 3,5 milyard dollarlıq varidata sahib olan mühəndis və fizik Ray Dolbi. O işləməyə 16 yaşından səs və görüntü ilə məşğul olan Ampex şirkətində başlayıb. O bu şirkətdə yarım iş günü işləyirmiş. Sonradan universitet illərində də bu şirkətdə çalışıb. Video və yaddaş sistemlərinin inkişafında böyük əməyi olub.

3,5 milyard dollar varidatının böyük bir hissəsini isə arxa plan səslərini azaldan səs sistemlərinin inkişafındakı əməyindən qazanıb.

Oprah Vinfrey
ABŞ-ın tanınmış aparıcılarından olan Oprah Vinfrey


ABŞ-ın ən tanınmış aparıcılarından olan Oprah Vinfrey ilk işinə atasının bərbər köşkünün yanındakı baqqal mağazasında şagirdlik eləməklə başlayıb. 16 yaşında olanda isə yerli radio stansiyasında canlı veriliş aparmağa başlayıb. Bu gün onun var-dövləti 2,4 milyard dollardır.

David Murdock


9-cu sinifdə oxuyanda məktəbdən çıxan Murdock 1943-cü ilə - ABŞ ordusuna çağırılana qədər benzin stansiyasında işləyib. Sonra iş yerini dəyişib. Onu milyarder edəcək qida şirkəti Dole Food Company-nin əsas şirkəti olan Hawais Castle and Cooke-i alıb. İndi 2,5 milyard dollar var-dövləti var.

Boone Pickens


12 yaşından səyyar qəzet satıcısı işləyib. Tezliklə rəqiblərinin əlindəki ünvanları da ələ keçirib qəzet payladığı 28 evin sayını 156-ya qaldırıb. İş adamı olanda isə iki dostu ilə birlikdə 2500 dollarla daha sonra Mesa Petroleum təməlini qoyacaq neft və qaz şirkəti Petroleum Explorationu qurub. Mesa indi ABŞ ən böyük təbii qaz və neft şirkətlərindən biri sayılır. Pickensin indi 1,1 milyard dollarlıq varidatı var.

Endrü Beal


İlk peşəsi televizor satıcısı olub. Köhnə televizorları yığıb təmir eləyəndən sonra kasıb ailələrə satırmış. 19 yaşında əmlak alqı-satqısı işi ilə məşğul olmağa başlayıb.

1988-ci ildə 3 milyon dollar sərmayə ilə özünə bank açıb. İndiki var-dövləti 4,5 milyard dollar dəyərində ölçülür.

Çarlz Schvab


İlk işi qoz yığıb satmaq olub. Sonradan toyuq və yumurta da satıb. Stanford Universitetində idarəçiliklə bağlı təhsil alıb. Varidatı 4,7 milyard dollardır.

Mark Zukerberq
Mark Zukerberq


«Facebook» sosial şəbəkəsində başladığı ilk işində uğur qazanıb. Elə ilk işində də milyarder olmağı bacarıb.. 26 yaşlı bu gəncin varidatı 4 milyard dollardır.

Con Anderson

İlk işi qarğıdalı satmaq olub. Teatr binasının qarşısında qarğıdalı satırmış. Sonra əmlak alqı-satqısı işinə girşib. 1,8 milyad dolları var.

Stiv Job


Çoxlarının seçdiyi «Apple»in qurucusudur. İlk işi yaz aylarında HP-də yüngül bir işdə işləmək olub. İllər sonra dostları ilə birlikdə «Apple»-i qurub. Onun 5,5 milyardlıq dövləti var.

Tərcümə etdi: Kəbiran Dilavərli

Mənbə: Forbes jurnalı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG