Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53

Gəncədə 200 kq narkotik aşkar edilib


Gəncə polisinin keçirdiyi reyd zamanı 200 kiloqram marixuana aşkar edilib.

Narkotik Şota Rustaveli küçəsi, 61a saylı ünvanda yaşayan, əvvəllər iki dəfə məhkum olunmuş Xudayar Məmmədova məxsus bağda aşkar edilib.

Bu barədə AnsPress agentliyi Gəncə şəhər Polis İdarəsinin rəis müavini Nazim Əliyevə istinadla xəbər verir.

Onun sözlərinə görə, narkotik vasitənin 70 kiloqramı qurudularaq satışa hazır vəziyyətə gətirilibmiş.

Xudayar Məmmədovun bağın ətrafında xüsusi videokameralar da quraşdırdığı müəyyən edilib.

O, polis tərəfindən saxlanılıb, cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG