Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

Borussiya böyük hesabla qələbə qazanıb


Azərbaycanın “Qarabağ” futbol klubunun Avropa Liqasının IV təsnifat mərhələsində rəqibi olan “Borussiya” Almaniya kubokunun ilk oyununda böyük hesabla qələbə qazanaıb.

Borussiya səfərdə Burqhauzenin “Vakker” klubunu 3:0 hesabı ilə məğlub edib.

Qolları 4-cü dəqiqədə Lukas Barrios, 15-ci dəqiqədə Neven Subotiç və 48-ci dəqiqədə Kevin Qrosskreuts vurub.

Qeyd edək ki, Borussiya-Qarabağ qarşılaşması avqustun 19-da olacaq.
XS
SM
MD
LG