Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:26

BMT-nin baş katibi Pakistandadır


BMT-nin baş katibi Ban Ki Mun Pakistana gedib.

Ban Ki Mun hərbi hava bazasında jurnalistlərə açıqlamasında deyib ki, səfərdə məqsəd bu ağır gündə beynəlxalq aləmin Pakistan xalqıyla birgə olmasını nümayiş etdirməkdir.

Pakistanın baş naziri Yusif Rza Gilani isə televiziyayla xalqa mübaciətində daşqın nəticəsində ölkə əhalisinin 10 faizindən çoxuna ziyan dəydiyini və bunun
Pakistanın tarixində ən dəhşətli təbii fəlakət olduğunu deyib.

Pakistan hakimiyyəti təbii fəlakətə görə, dünən milli müstəqillik günüylə bağlı bütün rəsmi tədbirləri təxirə salıb.

BMT-nin hesablamasına görə, Pakistanda bərpa işlərinə milyardlarla dollar lazımdır.
XS
SM
MD
LG