Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

AzadlıqRadiosuna, şərhçi Əsgər Borçalıya


«Kommunist» qəzetində bəzən AzadlıqRadiosuna yönəlmiş tənqidlərlə rastlaşmaq olar. Belə tənqidlərdən biri 25 avqust 1988-ci ildə dərc edilmiş V. İtgin adlı müəllifin məqaləsində yer alır.

«Necə deyərlər al gəldi..»

SİTA – nın replikası

Avqustun 20 –də siz efirə Azərbaycan dilində «Dövlət Təhlükəsizliyi Komitəsi Sumqayıt hadisələrini təhqiq edir» sərlövhəli məqalə oxumusunuz. Bu məqalədə SSRİ baş prokurorunun müavini A. F. Katusevlə müsahibə şərh olunurdu. Həmin müsahibə avqustun 18-də «İzvestiya» qəzetində belə başlıq altında dərc edilmişdi: «Sumqayıt: prokurorluq istintaqı davam etdirir».

Lap əvvəldən siz bir-birindən tamamilə fərqlənən iki sovet səlahiyyətli idarəsini dolaşdırıb səhvə yol vermisiniz. Sonra isə, necə deyərlər, al gəldi. Sizin məqalənizin səthi tərcüməsindən bir parçanı misal gətirirəm:

«Avqustun 18-də yüksək rütbəli sovet nümayəndəsi demişdir ki, Dövlət Təhlükəsizliyi Komitəsi Sumqayıtdakı iğtişaşları təhqiq edir. SSRİ baş prokurorunun müavini Aleksandr Katusev SİTA- ya bildirmişdir ki, həmin iğtişaşların yeddi nəfər iştirakçısının məhkəmə prosesi olmuşdur. Lakin o, təfsilatı bildirməmişdir».

Müsahibədə qətiyyən belə bir şey olmayıb. «İzvestiya» qəzetinin abunəçisi olan milyonlar, həmçinin bu müsahibənin göndərilmiş olduğu Azərbaycanda və Ermənistanda respublika qəzetlərinin oxucuları buna şahiddirlər.

«HİSS OLUNUR Kİ, NƏYƏ İŞARƏ EDİRSİNİZ...»

Sonra, «həbs edilmiş 94 nəfər arasında təhlükəsizlik orqanlarının işçiləri də vardır. Buna görə də 32 nəfərin öldürülməsində kimlərin müqəssir olduğunu təyin etmək çətindir». Bu da yalandır. Hiss olunur ki, nəyə işarə edirsiniz...

Daha sonra, «Əldə olan məlumata görə baş prokurorluq bürosu öz vəzifələrini yerinə yetirə bilməmiş hərbi nümayəndələrin işlərini məhkəməyə vermişdir. Katusev demişdir: «Sumqayıt hadisələrinin təhqiq edilməsinə müxtəlif üsullarla mane olurlar». Müsahibədə bu sözlər də yoxdur. Məlumatınız üçün deyim ki, SSRİ Prokurorluğunun büro kimi aparatı yoxdur və heç vaxt da olmayıb.

«SƏSİNİZDƏ XİFFƏT DUYULURDU»

Aleksandr Filippoviç Katusev sizin, üzr istəyirəm, saxta məlumatınız barədə demişdir: «Mənim müsahibəmdə deyilir ki, Sumqayıt üçün faciəli günlərdə milis işçiləri həqiqətən lazımi səviyyədə olmamışlar; onlar asayiş yaratmaq və qeyri-adi şəraitdə vətəndaşların təhlükəsizliyini qorumaq üçün operativ sürətdə qəti tədbirlər görə bilməmişlər. SSRİ Prokurorluğu milis işçiləri barəsində cinayət işi qaldırmağa məcbur olmuşdur. İstintaqa isə biz Azərbaycan SSR Cinayət Məcəlləsinin 169-cu maddəsinə əsasən başlamışıq; bu maddə səhlənkarlıq üstündə cinayət məsuliyyəti nəzərdə tutur».

Mən isə öz tərəfimdən onu deyə bilərəm: Efirə buraxılmış, mülayim desək, qeyri-obyektiv informasiyanın müəllifinin kim olduğu mənə məlum deyildir. Ancaq həmkar Əsgər Borçalı, sizin səsinizdə tarixə soyuq müharibə illəri kimi düşmüş dövrün xiffəti duyulurdu. Amma təəssüf.

SSRİ baş prokurorunun müavini ilə müsahibə keçirmiş SİTA müxbiri V. İtgin

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG