Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

Lənkəranda taxıl bahalaşıb


Lənkəranda son bir həftədə taxıl 34-40 faiz bahalaşıb. Bazarda buğdanın bir kiloqramı 25-30 qəpikdən 40-45 qəpiyə, arpanın bir kiloqramı 20-25 qəpikdən 35-40 qəpiyə qalxıb. Ticarət obyektlərinin sahibləri taxılın bahalaşmasının davam edəcəyini deyirlər. Bir çox ərzaq mağazaları taxıl əldə edə bilmədiklərini bildirirlər.

Taxılın bahalaşması unun qiymətinə də təsir edib. Unun 50 kiloqramlıq kisəsi 2-3 manatdan çox bahalaşıb, 16-17 manata satılır.

İş adamı Vidadi Mirzəyev deyir ki, adətən ilin bu vaxtında taxılın qiyməti son həddə - ən aşağı qiymətə düşərdi. İndi isə taxılın qiymətinin durmadan qalxması qıtlıqdan xəbər verir:

«Qiymətlərin qalxmasına səbəb taxılçılıqla məşğul olan rayonlarda təbii fəlakətlərin baş verməsidir. Bu rayonlarda taxıl yığımı ötən ilə nisbətən az olub. Digər tərəfdən Azərbaycanın taxıl aldığı Rusiyada, Ukraynada da vəziyyət yaxşı deyil. Rusiya taxılın ixracına qadağa qoyub. Yəqin ki, Ukrayna da bu addımı atacaq. Mümkündür ki, Qazaxıstan da bu istiqamətdə tədbir görsün. Bütün bunlar göstərir ki, taxılın qiyməti hələ artacaq».

Bununla yanaşı kənd təsərrüfatı məhsullarında da bahalaşma gedir. Pomidorun 1 kiloqramı 70 qəpiyə, soğan, kartofun 1 kiloqramı isə 70-80 qəpiyə satılır. Kələmin 1 kiloqramı isə 1 manata qalxıb. Meyvələrin qiyməti isə 1 dəfə artıb. Kənd təsərrüfatı mütəxəssisi, aqronom Yusif Əliyev deyir ki, bu il rayonlarda kənd təsərrüfatı məhsulları az əkilib. Digər tərəfdən Azərbaycanın gömrük işçiləri Astara keçid məntəqəsindən əraziyə kənd təsərrüfatı malları buraxmırlar. Əvvəllər Türkiyədən, Pakistandan, İrandan kənd təsərrüfatı məhsulları gələrdi. İndi bu azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG