Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:53

İnformatika, bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq müəllimlərinə ehtiyac var


Bakı Təhsil İdarəsi Azərbaycanın Təhsil Nazirliyinə paytaxtın orta məktəblərində vakant pedaqoji yerlərin siyahısını təqdim edib.

Bu barədə Bakı Təhsil İdarəsinin sektor müdiri Bəhmən Nəbiyev məlumat verib.

Bu il Bakı məktəblərində ibtidai sinif və rus dili müəllimlərinə tələbat yoxdur.

«Bakı Təhsil İdarəsi məktəb direktorları ilə müəllimlərin paylanması, pedaqoqların eyni vaxtda qonşu məktəblərdə işləməsi mümkünlüyü məsələlərini müzakirə edib», - Nəbiyev bildirib.

Azərbaycanın Təhsil Nazirliyi yaxınlarda Azərbaycanın ümumtəhsil məktəblərində vakant yerləri elan edəcək.

Azərbaycanda 4552 dövlət ümumtəhsil məktəbində 170 minə yaxın müəllim çalışır, 1 420 mindən artıq məktəbli təhsil alır. 17 özəl ümumtəhsil məktəbində 1 005 müəllim işləyir. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG