Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:13

Prokurorluq məsciddə eşqbazlıq faktı üzrə cinayət işi qaldırıb


Göyçay məscidində baş vermiş «nalayiq hərəkətlər» barədə məlumatlarla əlaqədar Baş Prokurorluq rayon prokurorluğuna təcili təhqiqat aparmağı tapşırıb.

Bu barədə «Turan»a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Təhqiqat zamanı müəyyən olunub ki, iyulun 29-da Göyçay məscid-mədrəsə kompleksinin binasında məscidin icma rəhbəri Əsgər Babayev rayon sakini Lalə Cəfərovanın (ad və soyad şərtidir) köməksizliyindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Fakt üzrə Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.

Bu iş ətrafında qalmaqal məsciddəki eşqbazlıq səhnəsindən videokadrlar «Facebook»da yayımlandıqdan sonra yaranıb. Lakin həmin kadrlarda heç bir zorakılıq əlaməti yoxdur.

Bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsi din xadimi Əsgər Babayevin əməllərini pisləyərək, onu mənəviyyatsızlıqda ittiham edib, hüquq-mühafizə orqanlarını «lazımi tədbir görməyə» çağırıb.
XS
SM
MD
LG