Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Türkmənistan Çindən kredit gözləyir


Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov ölkəsinin neft-qaz sənayesi rəhbərlərinə Çinin dövlət bankından 4.1 milyard dollar borc alınmasına dair danışıqları yekunlaşdırmaq göstərişi verib. Bu pul Türkmənistanın Cənubi Yolotan qaz yatağının istismara verilməsi üçün nəzərdə tutulur.

Prezident göstəriş verib ki, çıxarılan qazın təmizlənərək dünya standartlarına cavab verməsini təmin edəcək kompleks də tikilsin.

Cənubi Yolotan dünyanın ən böyük qaz yataqlarından biri hesab olunur. Ehtimallara görə onun ehtiyatları azı 16 trilyon kubmetrdir. Demək olar, əl dəyməmiş bu yatağın işlənməsində iştirak üçün çox sayda xarici şirkətlər Türkmənistanla danışıqlar aparırıdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG