Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:56

Ermənistanın Mərkəzi Bankı ölkədə gözləmədiyi inkişaf proqnozu verir


Ermənistanın Mərkəzi Bankı bu il üçün ölkənin iqtisadi inkişafı ilə bağlı proqnozlarını dəyişib. Bank avqustun 12-də bildirib ki, 2010-cu il üçün Ermənistanda iqtisadi inkişafın 5,7-6,2 faiz olacağını gözləyir. Halbuki may ayında verdiyi proqnozda 3-4 faiz inkiaf vəd edirdi.

Beynəlxalq Valyuta Fondu isə Ermənistan üçün 2010-cu ilə 5 faizlik artım proqnozu verib.

Ermənistan Statistika Komistəsi isə ilin birinci yarısında ölkədə 7,3 faiz inflyasiya olduğunu bildirib. Amma hökumət 2,5-5,5 faiz inflyasiya gözlədiyini deyirdi. İndi hökumət ili ümumilikdə 6 faiz inflyasiya ilə başa vurmağa çalışır.
XS
SM
MD
LG