Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:27

Hewlett-Packard prokurorlara rüşvət veribmiş?


U.S. -- Hewlett-Packard headquarters in Palo Alto, California, 26Aug2008
U.S. -- Hewlett-Packard headquarters in Palo Alto, California, 26Aug2008
ABŞ-ın informasiya texnologiyaları istehsal edən məşhur Hewlett-Packard şirkəti özünə qarşı “rəsmilərə rüşvət vermək” iddialarının araşdırılmasında Rusiya və Almaniya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib. İttihama görə şirkətin üç rəsmisi Rusiya Baş Prokurorluğuna kompyuter və başqa avadanlılqalrın satılmasına dair 10.3 milyon dollarlıq tenderi udmaq üçün rüşvət veribmiş.

Almaniyada prokurorlar şirkətin indiki rəhbərlərindən birinə və iki keçmiş rəhbərinə, eləcə də azı altı kənar işçiyə qarşı qaldırılan həmin rüşvət ittihamlarını araşdırır. Dünən onlar ABŞ prokurorluğuna müraciət edərək Hewlett-Packard şirkətinin lazım olan sənədləri onlara vermədiyini bildiriblər. ABŞ prokurorluğu isə dərhal şirkətə daxili sənədləri Almaniya hüquq-mühafizə orqanlarına verməyi tapşırıb.

Hewlett-Packard isə avqustun 13-də elan edib ki, bu ittihamı araşdıran tərəflərlə əməkdaşlığa hazırdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG