Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

İsrailin İranı vurma ehtimalı 50%-dir


İsrail rəsmilərinin fikrincə, İranı nüvə silahı əldə etməsindən 3 il ayırır

İsrail rəsmilərinin fikrincə, İranı nüvə silahı əldə etməsindən 3 il ayırır

Amerikanın «The Atlantic» adlı aylıq nəşrində Cefri Qoldberq adlı müəllifin yazısı çıxıb. Müəllif yazısında belə qənaətə gəlib ki, gələn ilin iyuluna qədər İsrailin İranın nüvə obyektlərini vurmaq ehtimalı 50 faizdən çoxdur.

Cefri Qoldberq bu qənaətinə İsrail, ABŞ və ərəb ölkələrinin rəsmi şəxslərindən aldığı müsahibələr əsasında gəlib. Yazıda deyilir ki, İsrail İranın nüvə silahı əldə etməsini özü üçün çox böyük təhlükə saydığından ola bilsin İrana zərbəni Vaşinqtonun razılığı olmadan da həyata keçirsin.

İRANIN NÜVƏ SEVGİSİNİN QARŞISINI NƏ ALA BİLƏR?

İsrail rəsmilərinin fikrincə, İranı nüvə silahı əldə etməsindən 3 il ayırır. Müəllif hesab edir ki, İranın nüvə silahı əldə etmək səylərinin qarşısını nə iqtisadi sanksiyalar, nə də hazırkı molla rejiminin qərbyönümlü yaşıl hərəkatla əvəz olunması ala bilər.

Yazıda deyilir ki, tamamilə mümkündür ki, gələn il yaz günlərinin birində İsrailin milli təhlükəsizlik müşaviri Uzi Arad, müdafiə naziri Ehud Barak eyni vaxtda Ağ Ev və Pentaqondakı həmkarlarına zəng edib bildirsinlər ki, onların baş naziri Benyamin Netanyahu qırıcı təyyarələrin İrana doğru hərəkəti etməsi haqqında göstəriş verib. Bu da ya Səudiyyə Ərəbistanının üstündən, ya Suriya-Türkiyə sərhədindən, ya da İraq səmasından mümkün olsun.

Müəllif təxmin edir ki, İsrail rəsmiləri bunu onunla izah edəcəklər ki, İsraili yer üzündən silmək ideyasını rəhbər tutan fanatik bir rejimin idarə etdiyi İran yəhudi xalqı üçün ən ciddi təhlükədir. Ona görə də İsrailin başqa seçimi yoxdur.
İran ordusunun Fars Körfəzində təlimi, aprel 2006
ABŞ-dan isə artıq vaxtlarının qalmadığına görə icazə istəməyəcəklər.

Bombardmanın hədəfi isə İranın Natanz, Qum, İsfahan və ola bilsin ki, Buşəhrdəki nüvə obyektləri olsun. Məqsəd də İranın nüvə proqramını 3 ya da 5 il geri salmaqdır.

BU SSENARİNİN KATOSTRAFİK NƏTİCƏLƏRİ...


Müəllif onu da yazır ki, bu cür ssenari katostrafik nəticələr doğura bilər və regionda tammiqyaslı müharibəyə gətirib çıxarar ki, bu da on minlərlə israilli, iranlı, ərəb və amerikalının ölümünə səbəb olar. Obama administrasiyası üçün isə misli görünməmiş böhran anlamına gələ bilər. İsraillə ABŞ arasında münasibətlərin kəsilməsinə gətirib çıxara bilər.

Bu ssenari həmçinin İranda teokratik rejimin güclənməsinə, neft qiymətlərinin bahalaşmasına, qlobal iqtisadi sarsıntılara və yəhudi diasporuna qarşı qisas zəminli terror aksiyalarına da gətirib çıxarar.

Müəllif İsrailin adının çəkilməsini istəməyən hərbi hava qüvvələrinin generallarına istinadən yazır ki, onlar İrana ABŞ-ın hücum etməsinə üstünlük verərdilər:

«Biz bun özümüz etməkdənsə, Obamanın etməsinə çalışmalıyıq. Bizə nisbətən amerikanlar bunu daha az zərərlə edə bilərlər».

İsrailin ABŞ-ın icazəsi olmadan İranı vurması ehtimalı gülüncdür
İsraildə yerləşən Yaxın Şərq Siyasi-İqtisadi Analitik şİrkətini İran mənşəli təhlilçisi Meir Cavidanfar isə deyir ki, bu yazıda yeni heç nə yoxdur. İsrailin ABŞ-ın yardımı və icazəsi olmadan İranı vurması ehtimalı isə gülüncdür:

OBAMA HÜCUMA XEYİR-DUA VERƏCƏK?


«Məncə bu heç ağlabatan deyil. Çünki İsrail hələ Buşun dövründə bunu etməyə çalışdı. Lakin Buş buna razılıq verməmişdi. Halbuki Buş İsrailin ən sadiq müttəfiqi idi. Obama isə İsraillə münasibətdə daha obyektiv mövqe tutur. Onun belə bir hücuma xeyir-dua verməsi daha az ehtimal olunur. ABŞ hərbçilərinin İraq və Əfqanıstanda olduğu bir vaxtda İsrailin ABŞ-ın icazəsi olmadan İrana hücum etməsi, bunun ABŞ üçün də tələfatla nəticələnməsi İsraillə ABŞ arasında münasibətlərdə çox ciddi, hətta münasibətlərin kəsilməsi həddinə gətirib çıxara bilər».

Bəzi məlumatlar görə, 2007-ci ildə Buş İsrailin o vaxtkı baş naziri Ehud Olmerti İranın nüvə obyektlərinə zərbə endirmək barədə göstəriş verməkdən çəkindirmişdi.

İsraildə yerləşən Yaxın Şərq Siyasi-İqtisadi Analitik şİrkətini İran mənşəli təhlilçisi Meir Cavidanfar isə deyir ki, yazının əsas hədəfi ABŞ yox, Çin və Rusiyadır. Məqsəd bu ölkələri İrana qarşı daha ciddi sanksiyaları tətbiq etməyə vadar etməkdir. Digər hədəf isə İranı qorxudub yola gətirməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG