Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11
ATƏT-in Bakı ofisi Mətbuat Şurasına jurnalistlərin peşə davranış qaydalarının təkmilləşdirilməsinə dair tövsiyələrini verib. Tövsiyələrdə qeyd edilir ki, jurnalist respondentə bu peşəyə aid olması və malik olduğu avadanlıq haqda məlumat verməlidir. Saxta sənədlərdən yalnız ictimai əhəmiyyəti həddən çox olan məlumatları əldə etmək üçün istifadə edilə bilər. Bundan başqa, ATƏT tövsiyə edir ki, uşaqlar və əlillər haqqında məlumatlar onların hamiləri ilə razılaşdırılmalı, məhkəmənin yekun hökümü açıqlanmayana qədər kimsəyə «damğa» veurulmamalıdır.

Bu tövsiyələrə görə, jurnalistlər siyasi və kommersiya təsirinə uymamalıdır. Üstəlik, redaksiya tapşırığı Davranış Məcəlləsinə zidd olarsa, jurnalist bu tapşırığı yerinə yetirməkdən imtina edə bilər.

JURNALİSTƏ YAZMAĞI ÖYRƏTMƏK ATƏT-İN YOX, ZEYNAL MÜƏLLİMİN İŞİDİR…

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə düşünür ki, ATƏT kimi ciddi təşkilatın söz azadlığının problemlərini bir kənara qoyub, jurnalistlərin peşə davranışının üzərində dayanması başa düşülən deyil.
Qənimət Zahid
Qənimət Zahid deyir ki, jurnalistlərin peşə davranışına aid min bir qayda müəyyən etmək olar. Ancaq onun fikirincə, Azərbaycanda söz azadlığının üzləşdiyi problemlər əsasən belə qaydaların işləyib-işləməməsindən meydana çıxmır. Ümumilikdə Azərbaycanda jurnalistikanın qaydalarını çağdaş prinsiplər yox, avtoritar təfvəkkürlü oliqarxların sifarişləri tənzimləyir. Qənimət Zahid deyir ki, şəxsən o, ATƏT-dən söz azadlığının dairəsinin genişləndirilməsinə xidmət edən daha ciddi layihələr gözləyir:

«Bax, ATƏT o qədər ciddi təşkilatdır ki, Azərbaycanda söz azadlığının hüdudlarını və ya azad mətbuat vahidlərini kəmiyyətcə artırmağın yolları haqqında işlər görə bilər. Daha bir jurnalistin əlindən tutub ona yazmağı öyrətmək ATƏT-in yox, Zeynal müəllimin işidir…».

SENZURANIN LƏĞVİ QEYRİ-PEŞaƏKARLIĞI ARTIRIBMI?

Müxalifyönlü «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid kimi, hakimiyyətə yaxınlığı ilə tanınan «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev də bu tövsiyələrin ciddi təsirə malik olacağına şübhə ilə yanaşır.
Bəhruz Quliyev
Ancaq o, Qənimət Zahiddən fərqli olaraq düşünür ki, Azərbaycan jurnalistikasının üzləşdiyi problemlər elə onun özündən qaynaqlanır. Bəhruz Quliyev deyir ki, Azərbaycanda senzuranın ləğvi jurnalistlərin məsuliyyətinin azalmasına və qeyri-peşaəkarlığa yol açıb:

«Ona görə demokratiya, söz azadlığı məsələsindən bəzən sui-istifadə olur. Odur ki, bunun qarşısını almaq üçün jurnalistlər məsuliyyətli olmalıdırlar. Bu olmayanda, kimlərsə öz hüquqlarını məhkəmələrlə bərpa etməyə çalışır. Azərbaycanda jurnalistlərlə bağlı məhkəmələrin 98 faizi bu məsuliyyətsizlikdən doğur…».

Jurnalistika nəzəriyyəçisi Zeynal Məmmədli isə əksinə hesab edir ki, bu tövsiyələr çağdaş etik kodekslərin təcrübəsinin Azərbaycana gətirilməsi məqsədini daşıyır. Üstəlik, onun fikirincə, bu tövsiyələr çağdaş dəyərlərin detallaşdırılması baxımından da əhəmiyyətlidir.

Ancaq Zeynal Məmmədli bu qaydaların Azərbaycanda tətbiq ediləcəyinə ciddi şübəhhələr bəsləyir.
Zeynal Məmmədli
Onun fikirincə, bu daha çox hökumət-jurnalistika münasibətlərindən asılıdır.

AZƏRBAYCAN MEDİASI XARİCİ SƏRMAYƏYƏ AÇIQ OLMALIDIR…

Zeynal Məmmədli deyir ki, Azərbaycanda avtoritarizmin kökləri çox dərinə işləyib və bu, təkcə hakimiyyətə aid məsələ deyil. Ona görə indilikdə yalnız xırda uğurlara ümiüd bəsləmək olar:

«Mən mediadan danışanda, ümiüdsiüz oluram. Ona görə ki, mediaya şans, vaxt verilmədi. Mediyada demokratiyanı inkişaf etdirmək üçün bazardan qazanmaq imkanı olmalıdır. Ona görə mən indiki halda çıxış yolunu Azərbaycan mediyasına xarici sərmayəyə buraxılışına icazə verməkdə görürəm. Əks halda, heç bir inkişaf olmayacaq…».

Zeynal Məmmədli ATƏT-in Bakı ofisinin bundan sonra söz azadlığına yaradılan problemlərin aradan qaldırılması ilə bağlı layihələr həyata keçirəcəyini də istisina etmir. O, bütünlükdə bütün bu proseslərin xeyli vaxt aparacağı düşüncəsi içərisindədir…

Şərhləri göstər

XS
SM
MD
LG