Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Meşə yanğını nüvə zavoduna doğru irəliləyir


Rusiya rəsmiləri meşə yanğınlarının ölkənin əsas nüvə araşdırmaları mərkəzinə təhlükəli dərəcədə yaxınlaşdığını xəbər verirlər. Sarov yaxınlığındakı bu mərkəzə doğru irəliləyən yanğının qarşısını almaq üçün əraziyə minlərlə yanğınsöndürən cəlb edilib.

Mərkəzin özünün ərazisində hələlik bir alov yoxdur, amma yaxın ətraf alov içindədir.

Bir aydan çox davam edən kəskin isti havadan sonra bu səhər paytaxt Moskvaya yağış yağıb. Bununla son günlər yanğınlara görə paytaxtı bürümüş tüstü bir qədər təmizlənib.
XS
SM
MD
LG