Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:24

İcra Hakimiyyəti müxalifətlə razılaşdı


Avqustun 13-də Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultay keçirməsi ilə bağlı müraciətini cavablandırıb.

Cavab məktubunda deyilir ki, hər hansı bir konfrans zalı, saraylar və ya mədəniyyət evlərinin rəhbərliyi ilə razılaşma əldə etdikdən sonra 21 avqust 2010-cu ildə AXCP-nin növbəti qurultayını keçirməsinə BŞİH etiraz etmir».

İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə gönldərilən məktubda həmçinin keçiriləcək qurultayın yeri və vaxtı barədə əvvəlcədən BŞİH –yə məlumat verilməsi xahiş edilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən AXCP sədrinin köməkçisi Faiq Əmirovun sözlərinə görə, İcra Hakimiyyəti etiraz etmədiyi üçün onlar gələn həftədən Bakı şəhərində yerləşən zalların rəhbərlərinə müraciət edəcəklər. Qurultayın keçirilməsi ilə bağlı qərar verilən cavabdan asılı olacaq.

AXCP iyulun 23-də BŞİH-yə müraciət edərək 5-ci (AXCP-nin 8-ci) qurultayını keçirmək üçün yer istəmişdi.
XS
SM
MD
LG