Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:36

«Mən məcbur deyiləm hər şeyə münasibət bildirim»


Deputat, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı

Deputat, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı

«Bu gün prezidentliyə iddialı olan adamların daha yaxşı işləyəcəyinə etibarım yoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə hazırda ölkədə gedən siyasətdən narazı olsa da belə deməyə əsası var.

İDDİALI ADAMLARIN YAXŞI İŞLƏYƏCƏYİNƏ ETİBARIM YOXDUR

«Mən bu siyasətdən razı deyiləm. Amma eyni zamanda Azərbaycanda bu gün o yerə iddialı olan adamların daha yaxşı işləyəcəyinə də etibarım yoxdur. Çünki bir çox şeyləri görmüşük. Ona görə də bəzi şeylərlə barışmaq məcburiyyətindəyik».

Partiya sədri bildirib ki, parlament seçkilərinə növbəti dəfə qatılsa da, partiya sədrliyindən, ola bilsin ki, imtina etsin. Amma o deyir ki, bütün bunlar partiyanın qurultayından asılıdır. Partiyanın yeni qərargahından söz açan sədr buna xərclənən pullara marağın çox olduğunu etiraf edib.

QƏRARGAHDAN ÇOX, PULLA MARAQLANIRLAR

«Camaat nədənsə yeni qərargahdan daha çox ona xərclənən pulla maraqlanır. Mənim köhnə qərargahım olub. Mən elə-belə imtina etməmişəm ki? Təbii ki Azərbaycanda ən azı bir halallaşma söhbəti var. Mən bunu ilk dəfə deyirəm».

Bu qərargahın ərsəyə gəlməsində heç kimdən pul almadığını deyən Sabir Rüstəmxanlı bildirib ki əks düşərgə bunun üçün ona yardım etsəydi imtina etməzdi.

«Qonşu qonşuya yüz manat borc pul vermir. Yəni kim mənə əlavə gətirib pul verər ki? Hamı bilir bu məsələdə əlavə yol ola bilməz. Əks düşərgədən yardım etsəydilər, mən imtina etməzdim. Düzünü deyim. Əks düşərgə deyəndə, Azərbaycan şəraitidir. Hər cür imkan var. O imkandan şərait yaratsalar, siyasi partiyalar da qərargah tiksinlər. Lap bunu rəsmi də edə bilərdilər. Mən bundan çəkinmirəm. Burda çəkinməli heç bir şey yoxdur. Amma şükür ki, heç bir şeyə ehtiyac olmayıb».

DEPUTAT PREZİDENTƏ SORĞU GÖNDƏRƏCƏKMİ?


Deputat Sabir Rüstəmxanlı prezident İlham Əliyevin qızının dövlət bankını ələ keçirməsi barədə mətbuatda yazılanlara münasibət bildirmək istəməyib.

«Mənim təbiətim belədir ki, bir şeyi tam dəqiq bilməmiş onun haqqında danışmağı özümə rəva görmürəm. Bir tərəfin fikrini eşitdim gərək jurnalist olaraq, yazıçı olaraq, ziyalı olaraq qarşı tərəfin fikrini eşidəsən. Mən məcbur deyiləm axı bütün hər şey haqqında münasibət bildirim. Onda mənim yazmağa imkanım qalmaz .Hər halda təzə çıxıb bu fakt ortaya. Yəqin ki, buna mətbuatda müəyyən münasibətlər bildiriləcək. Gözləyək nəticəsini. Sizin bu verilişdən sonra sorğu göndərmək barədə düşünərəm».

CİDDİ MÜXALİFƏTƏ EHTİYAC VAR

Sabir Rüstəmxanlı son vaxtlar müxalifət düşərgəsində baş verənlərə də münasibət bildirib. O deyib ki, hazırda Azərbaycanda ciddi müxalifətə ehtiyac var.

«Bizim cəmiyyətimizdə elə adamlar var ki, birlikdən danışırlar, konkret olaraq mən bunu İsa Qəmbərin həmin bəyanatına aid etmirəm, amma bütün ömürləri boyu o birliyi pozmağa xidmət edirlər. Mən bütün bunların hamısından keçib gəlmiş adamam. Bütün adamların üstdəki, altdakı, sağdakı fəaliyyətindən xəbərim var. Ona görə də gücümü şüarlara sərf etmək vaxtım keçib. 18 ildir görmüşəm ki, düşmən qalıb bir kənara. Birlikdən danışan qüvvələr bir-birini düşmən edə-edə, xırdalaya-xırdalaya gəlib çıxıblar bu yerə. Azərbaycanın bu gün, doğurdan da, ciddi müxalifətə ehtiyacı var. Azərbaycanda müxalifət düşərgəsinin birliyinə ehtiyac var. Amma bu birlik real olmalıdır, sözdə yox».

DÜNƏN BİR-BİRİNİ SÖYƏNLƏR BU GÜN BİR MASADA OTURURLAR

Sabir Rüstəmxanlı deyib ki, müxalifətin birləşməsi üçün iradə nümayiş etdirmək lazımdır.

«Bunu gəlin öz iradəmizlə və elə yaradaq ki, sabah təzədən bu gün yaratdığımız parçalanıb, bir neçə qanada bölünməsin. Dünənə kimi bir-birini söyən adamlar bu gün təzədən bir masanın arxasına otururlar. Onları nə vadar edir ona? Əgər bu söyüşləri milli təəssübkeşliklə adlayıb, bir birinə yaxınlaşırlarsa, deyərəm eşq olsun. Amma birdən bu da başqa təzyiqlərlə olursa, onda məni heç kim bura cəlb edə bilməz».

Amma Sabir Rüstəmxanlı bu birliyin baş tutması üçün ortaya qoyulan ideyaların səmimiliyinə şübhə ilə yanaşır.

SƏMİMİDİRLƏRSƏ, EŞQ OLSUN ONLARA

«Bu birləşmə səmimi olsa, gələcəkdə hətta bir partiyaya çevrilə bilsə, digər müxalifət partiyalarını da cəlb edə bilsələr, uğurlu ola bilər. Bu partiyalar bir-biri ilə müharibəni hələ qurtarmayıblar. Və Azərbaycan müxalifət partiyalarının param-parça olmasının əsas səbəbkarı AXCP-Müsavatdır. Bu iki partiya bir yerdə olsaydı, yola getsəydilər, öz ətrafındakı partiyaları buynuzlamasaydılar... Azərbaycanda müxalifət kifayət qədər güclü bir qüvvə idi. İndi bunlar parçalayıb, sonra təzədən səhvlərini başa düşüb. Əgər səhvlərini səmimi başa düşüb, yenidən bir araya gəlmək istəyirlərsə, eşq olsun onlara. Görünür milli zərurəti dərk edirlər. Gec də olsa. Amma bu yalnız seçkidən seçkiyə gedən oyunlardan növbəti biridirsə, mən yeni uçurumların yaranmasını istəmirəm».

Şərhləri göstər

XS
SM
MD
LG